Bakı. Trend:
İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının nüfuzlu lideri saxlanılıb.
Trend-in verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər mənbələrə istinadla məlumat yayıb.
Məlumata əsasən, İbrahim Məşəl Mareya kəşfiyyat məlumatları əsasında çayının Dəclə sol sahilində saxlanılıb.
O İraq rəsmilərinə təhvil verilib. Mareyanın məhkəmə qarşısına çıxarılacağı bildirilir.