...

İsrail hərbçiləri 22 fələstinlini həbs etdi

Dünya xəbərləri Materials 8 May 2018 11:01 (UTC +04:00)
İsrail hərbçiləri 22 fələstinlini terrorçuluq fəaliyyətində ittiham edərək həbs edib.
İsrail hərbçiləri 22 fələstinlini həbs etdi

Bakı. Trend:

İsrail hərbçiləri 22 fələstinlini terrorçuluq fəaliyyətində ittiham edərək həbs edib.

Trend-in məlumatına görə, həbslər İordan çayının Qərb sahilində keçirilən reydlər çərçivəsində aparılıb.

Həbs olunan fələstinlilərdən silah və hərbi texnika götürülüb.

Həbs olunanlar bu gün əkskəşfiyyat idarəsində sorğu-sual ediləcək.

Qeyd edək ki, 2015-ci ilin sentyabrından regionda vəziyyət gərginləşib. 2017-ci ilin sentyabrında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi vəziyyəti bir qədər də gərgin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti