Bakı. Trend:
ABŞ-ın Merilend şəhərinin meri Larri Xoqan ştatda fövqəladə vəziyyət rejimi elan edib.
Trend-in məlumatına görə, bu barədə ştatın meri öz "Twitter" səhifəsində yazıb.
Güclü yağışlardan sonra Merilend ştatının 2016-cı ildə güclü daşqın baş vermiş Ellikot şəhərini su basıb. Təcili xidmətlərin məlumatına görə, su birinci mərtəbə səviyyəsindən yuxarı qalxıb.
Güclü yağışın davaç edəcəyi gözlənilir. Ştat hakimiyyəti sakinləri şəhərin su basmış ərazilərindən uzaq olmağa, xəbərləri izləməyə və göstərişlərə əməl etməyə çağırır.
Qeyd edək ki, Elikot şəhərin 1772-ci ildə yaradılıb. Burada 70 minə qədər insan yaşayır.