...

Niderland təyyarəsi Portuqaliyada təcili endi - Sərnişindən pis qoxu gəldiyi üçün

Dünya xəbərləri Materials 1 İyun 2018 17:41 (UTC +04:00)
Niderlandın “Transavia” aviaşirkətinin təyyarəsi Portuqaliyanın Faro şəhərində təcili eniş etməli olub
Niderland təyyarəsi Portuqaliyada təcili endi - Sərnişindən pis qoxu gəldiyi üçün

Bakı. Trend:

Niderlandın “Transavia” aviaşirkətinin təyyarəsi Portuqaliyanın Faro şəhərində təcili eniş etməli olub.

Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin pis qoxu verməsi səbəb olub.

Qeyd olunur ki, bununla əlaqədar bəzi sərnişinlər özünü pis hiss etməyə başlayıb, ürəkbulanması əmələ gəlib.

Nəticədə pilotlar Amsterdamdan İspaniyanın Qran Kanariya adasına uçan təyyarəni Portuqaliyada endirməyə qərara alıb. Faro hava limanında həmin şəxsi həkimlər qarşılayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti