Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə maşinistlərin tətilə çıxması metropolitenin işinə təsir göstərib.
Trend-in məlumatına görə, səhər saatlarından qatarların heç biri xəttə çıxmayıb.
Qeyd edək ki, bu gün tətillə bağlı paytaxtda avtobuslar pulsuz fəaliyyət göstərəcək.
Xatırladaq ki, etiraz aksiyaları Gürcüstanın paytaxtında mayın 31-də başlayıb. 2017-ci ilin dekabr ayında Tbilisidə qətlə yetirilmiş iki gəncin işiylə bağlı təqsirləndirilənlərin hər ikisinin azadlığa buraxılması parlament binasının qarşısında etiraz aksiyasına səbəb olub. Nəticədə ölkənin baş prokuroru istefaya gedib.