Çin Qırğızıstanla sərhədi bağlayır

Dünya xəbərləri Xəbər 13 İyun 2018 18:24 (UTC +04:00)

Bakı. Trend:

Çinlə Qırğızıstan sərhədindəki nəzarət-buraxılış məntəqələri iyunun 15-dən 18-dək bağlanacaq.

Trend-in məlumatına görə, qərar Çin tərəfinin təşəbbüsü ilə verilib.

Qeyd olunur ki, iki ölkə arasında sərhəd Qırğızıstanda Ramazan bayramının, Çində isə yerli “Duan-u tsze” bayramının keçirilməsi ilə əlaqədar bağlanır.

Sərhəd-keçid məntəqələri iyunun 19-da açılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti