...

Ermənistan hökuməti Təhqiqat komitəsinin rəhbərini işdən azad etdi

Dünya xəbərləri Materials 15 İyun 2018 15:35 (UTC +04:00)
Ermənistan hökuməti Təhqiqat komitəsinin sədri Aqvan Ovsepyanı işdən azad edib
Ermənistan hökuməti Təhqiqat komitəsinin rəhbərini işdən azad etdi

Bakı. Trend:

Ermənistan hökuməti Təhqiqat komitəsinin sədri Aqvan Ovsepyanı işdən azad edib.

Trend-in məlumatına görə, bu barədə qərar vitse-premyer Ararat Mirzoyan tərəfindən verilib.

A.Ovsepyan işinin ağırlığını bildirərək istefa üçün özü müraciət edib.

Qeyd edək ki, istefa verən komitə sədri 1998-1999-cu və 2004-2013-cü illərdə Baş prokuror işləyib. 2014-cü ildə isə Təhqiqat komitəsinin sədri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti