Ankarada kimya fabrikində yanğın baş verib

Dünya xəbərləri Xəbər 3 İyul 2018 17:15 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankarada kimya fabrikində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisənin baş vermə səbəbləri məlum deyil. Hazırda yanğının lokallaşdırılması üçün əməliyyat davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl İstanbulda fabriklərin birində yanğın baş vermiş, hadisə nəticəsində 2 nəfər xəsarət almışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti