...

Türkiyədə həbsdə olan amerikalı rahib ev dustağı edildi

Dünya xəbərləri Materials 25 İyul 2018 16:18 (UTC +04:00)
Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Branson ev dustaqlığına buraxılıb.
Türkiyədə həbsdə olan amerikalı rahib ev dustağı edildi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Branson ev dustaqlığına buraxılıb.

Trend-in məlumatına görə, rahibə Türkiyə hüdudlarından kənara çıxmaq qadağan edilib.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib.

Xatırladaq ki, bir müddət öncə, ABŞ Prezidenti Donald Tramp rahibin sərbəst buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış etmişdi. Amerkalı lider "Twitter" səhifəsində Türkiyədə saxlanılan E.Bransonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandıraraq, onu azad etməyə çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti