...

Yunanıstanın Evbeya adasında fövqəladə vəziyyət rejimi tətbiq edilib

Dünya xəbərləri Materials 13 Avqust 2018 06:13 (UTC +04:00)
Mərkəzi Yunanıstanın qubernatoru Kostas Bakoyannis Evbeya adasında fövqəladə vəziyyət rejimi elan edib
Yunanıstanın Evbeya adasında fövqəladə vəziyyət rejimi tətbiq edilib

Bakı. Trend:

Mərkəzi Yunanıstanın qubernatoru Kostas Bakoyannis Evbeya adasında fövqəladə vəziyyət rejimi elan edib.

Trend-in məlumatına görə, fövqəladə vəziyyət rejiminin elan edilməsinə səbəb meşə yanğınları olub.

Kostas Bakoyannis bildirib: "Yerli hökumət bütün qüvvəsi ilə kömək edir. Bizim dərdimiz - insanlar və onların mülkiyyətir. Biz indicə bələdiyyədə fövqəladə vəziyyət rejimi elan etmişik. İnsanları polis və yanğınsöndürənlərin göstərişlərinə əməl etməyə çağırırıq".

Bildirilir ki, qubernator hazırda yanğınlar baş verən yerdədir.

Xəbər lenti

Xəbər lenti