...

Okeanda 6,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 14 Avqust 2018 10:56 (UTC +04:00)
Atlantik okeanında güclü zəlzələ baş verib.
Okeanda 6,1 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Atlantik okeanında güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin gücü 6,1 bal qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Bristol adasından 126 km şimal-şərqdə olub. Adada əhalinin məskunlaşmadığı bildirilir.

Sunami xəbərdarlığı barədə məlumat hələ verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti