...

Elbrus dağında iki alpinisti ildırım vurub: 1 ölü

Dünya xəbərləri Materials 23 Avqust 2018 01:43 (UTC +04:00)
Elbrus dağına çıxan zaman iki alpinisti ildırım vurub
Elbrus dağında iki alpinisti ildırım vurub: 1 ölü

Elbrus dağında iki alpinisti ildırım vurub

Elbrus dağına çıxan zaman iki alpinisti ildırım vurub

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar üzrə Baş İdarəsinin məlumatında deyilir.

"Çərşənbə günü 17.55-də ilkin məlumat daxil oldu ki, Elbrus dağının 4300 və 4200 metr yüksəkliyində iki alpinist ildırım vurması nəticəsində xəsarət alıb", — deyə məlumatda qeyd olunur.

İdarədən bildirildiyinə görə, xəsarət alanlardan biri yolda dünyasını dəyişib, digəri isə xəstəxanaya çatdırılıb. Alpinistlərin hər iki Bryansk sakinləridir.

Hadisə yerinə FHN-in Elbrus yüksəkdağlıq axtarış-xilasetmə dəstəsinin 6 xilasedicisi yollanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti