...

Stokholmda ATIŞMA - Yaralılar var

Dünya xəbərləri Materials 20 Sentyabr 2018 11:17 (UTC +04:00)
Stokholmun cənubunda Baqarmossen mikrorayonunda atışma baş verib.
Stokholmda ATIŞMA - Yaralılar var

Bakı. Trend:

Stokholmun cənubunda Baqarmossen mikrorayonunda atışma baş verib. Trend-in məlumatına görə, atışma barədə xəbəri Stokholm polisinin Mətbuat xidməti təsdiq edib.

Məlumata görə, atışma nəticəsində iki nəfər ayağından yaralanıb. Daha bir nəfərin zərbələr aldığı qeyd edilir. Hər üç şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Polis atışma ilə bağlı artıq 7 nəfər şübhəlinin saxlanılması barədə xəbər yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti