...

Hindistan noyabrda İrandan neft alacaq

Dünya xəbərləri Materials 7 Oktyabr 2018 00:04 (UTC +04:00)
Hindistan noyabr ayında İrandan neft satın alacaq.
Hindistan noyabrda İrandan neft alacaq

Bakı. Trend:

Hindistan noyabr ayında İrandan neft satın alacaq.

Trend-in məlumatına görə, "İndian Oil" şirkəti və "Manqalor Neftayırma və Neft-Kimya" şirkəti gələn ay İrandan 9 milyon barel neft satın alacaq.

Bloomberq ötən həftə məlumat vermişdi ki, Hindistan noyabr ayında İrandan neft satın almaq istəmir və ehtimal ki, ABŞ-ın təzyiqinə təslim olacaq.

Hindistan Çindən sonra İranın ikinci ən böyük neft idxalçısıdır. Hazırda Hindistan İrandan neft idxalının davam etdirilməsini istəyir. Çünki İran hindistanlı müştərilər üçün endirimlər və təkliflər irəli sürür. Hindistan hökuməti rupinin devalvasiyası ilə qarşılaşdığı üçün neft idxalının xərci artıb. Amma ABŞ hələ də İran neftının alıcılarına öz idxalını sıfıra endirmələrində israrlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti