Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Sahil Mühafizəsi Egey dənizində təqribən 40 qeyri-leqal miqrantın xilas edilməsi əməliyyatına başlayıb.
Trend-in məlumatına görə, hazırda mühacirlər Türkiyəyə məxsus adacıqlardan birindədirlər.
Qeyd edək ki, noyabrın 12-də də Egey dənizində, İzmir vilayəti sahillərində miqrantların olduğu gəmi batmışdı. Gəminin göyərtəsində olan 12 qanunsuz mühacirdən ikisi sahilə çıxa bilmişdi.
Həmçinin oktyabrın 10-da İzmir sahillərində gəminin batması 30 miqrant həlak olmuşdu.
Bundan əvvəl verilən məlumata görə, noyabrın 5-də Türkiyə Sahil Mühafizəsi Yunanıstanla sərhəddə Ədirnə rayonunda 223 qeyri-leqal mühacir saxlayıb.