...

Parisdə etiraz aksiyaları zamanı 255 nəfər saxlanılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Dekabr 2018 00:10 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları zamanı saxlanılanların sayı 255 nəfərə çatıb
Parisdə etiraz aksiyaları zamanı 255 nəfər saxlanılıb (YENİLƏNİB)

İlk xəbər saat 22:16-də yayımlanıb

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları zamanı saxlanılanların sayı 255 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" telekanalı xəbər verir.

Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.

Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

XXX

22:16

Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları zamanı 205 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, daha əvvəl 180 nəfərin saxlanıldığı bildirilirdi.

Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.

Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti