...

Səudiyyə Ərəbistanının Xaşkaci işi üzrə izahı Türkiyəni qane etmir

Dünya xəbərləri Materials 2 Dekabr 2018 01:20 (UTC +04:00)

Bakı. Ternd:

Səudiyyə Ərəbistanının jurnalist Camal Xaşkacinin qətlə yetirilməsi işi üzrə izahı Türkiyəni qane etmir.

Trend-in məlumatına görə, bu barədə Aregentinanın paytaxtı Buenos-Ayresdə keçirilən G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

T.Ərdoğan deyib: "Biz baş verənləri alçaq qətl kimi qiymətləndiririk. Təəssüf ki, Səudiyyə Ərəbistanı bizə dəstək göstərmir.Əvvəlcə onun konsulluqdan getdiyi barədə yalanlar söyləndi. Onun öldürüldüyü barədə sübütlar var, bütün dünya ilə paylaşdığımız 7 dəqiqəlik audio var. Biz audioyazını ABŞ, Səudiyyə Ərəbistanı, İngiltərə - bütün istəyənlərə verdik. Mövcud izahlar bizi qane etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti