...

Meksika sahillərində 6 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 19 Yanvar 2019 01:22 (UTC +04:00)

Bakı. Trend:

Meksika sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 16:46-da qeydə alınan yeraltı təkanların episentri Akapulko şəhərindən 1026 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti