...

Haaqada partlayış nəticəsində ən azı 9 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 27 Yanvar 2019 23:57 (UTC +04:00)
Haaqada partlayış nəticəsində ən azı 9 nəfər xəsarət alıb.
Haaqada partlayış nəticəsində ən azı 9 nəfər xəsarət alıb

Bakı. Tural Turan - Trend:

Haaqada partlayış nəticəsində ən azı 9 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə yanğınsöndürmə xidmətindən bildirilib.

Dağıntılar altında ən azı bir nəfərin qaldığı deyilir. 3 nəfər dağıntılar altından çıxarılıb, 7 nəfər isə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, qaz sızması nəticəsində yerli vaxtla saat 17:00-da partlayış verib. Partlayış üç binanı zədələyib, onların sakinləri təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti