...

Cənubi Koreyada zavodda partlayış baş verib, ölənlər var

Dünya xəbərləri Materials 14 Fevral 2019 08:15 (UTC +04:00)
Cənubi Koreyanın Tedjon şəhərində sursat istehsalı ilə məşğul olan zavodda partlayış baş veri
Cənubi Koreyada zavodda partlayış baş verib, ölənlər var

Bakı. Trend:

Cənubi Koreyanın Tedjon şəhərində sursat istehsalı ilə məşğul olan zavodda partlayış baş verib.

Trend-in "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08:42-də baş verən partlayış nəticəsində azı 3 nəfər həlak olub.

Bildirilir ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Hadisə yerinə 40 yanğınsöndürmə texnikası cəlb edilib.

Yanğından mühafizə orqanları partlayışın səbəbini müəyyən etmək məqsədilə araşdırma aparırlar.

Qeyd edək ki, sözügedən zavodda ötən ilin may ayında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti