...

Tokio hava limanında iki təyyarə toqquşub

Dünya xəbərləri Materials 22 Mart 2019 08:54 (UTC +04:00)

Bakı. Trend:

Tokio aeroportunda "Air Japan" aviaşirkətinin "Boeing 767" yük təyyarəsi "FedEx" poçt xidmətinin "McDonnell Douglas MD-11" təyyarəsi ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarənin Şanxaya uçması planlaşdırılırdı. Təyyarələr quyruq hissələri ilə toqquşub.

Toqquşma nəticəsində "Boeing 767"in quyruq hissəsində problem yaranıb, "FedEx" təyyarəsinin isə mühərriklərindən biri zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti