...

İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

Dünya xəbərləri Materials 27 Mart 2019 15:16 (UTC +04:00)
İranın müxtəlif vilayətlərində baş verən sel və daşqınlar nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.
İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

Bakı. Elnur Bağışov - Trend:

İranın müxtəlif vilayətlərində baş verən sel və daşqınlar nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.

Trend-in məlumatına görə, İranın Tibbi Ekspertiza Təşkilatının fövqəladə hallar üzrə direktor əvəzi Mehrdad Əli Bəxşi bildirib ki, Fars vilayətinin Şiraz şəhərində 18 nəfər, Xuzistan vilayətində 1 nəfər, Kohgiluyə və Buyir-Əhməd vilayətində 1 nəfər, Gülüstan vilayətində 3 nəfər, Lorestan vilayətində 2 nəfər və Simnan vilayətində 1 nəfər həlak olub.

Ə.Bəxşi əlavə edib ki, güclü yağıntıların ilk günlərində Mazandaran, Gülüstan və Şimali Xorasan vilayətlərində də 9 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, 10 gün ərzində İranda davam edən güclü yağıntılar daşqınlara səbəb olub. Bəzi şəhər və kəndlər su altında qalıb. Gülüstan vilayətinin Gümüşan və Siminşəhr şəhərləri boşaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti