Bakı. Trend:
Estoniya məktəblərinin tədris sistemində rus dilinin olması eston dili və mədəniyyətinə təhdiddir.
Trend-in məlumatına görə, bunu ölkə prezidenti Kersti Kalyulayd deyib.
O bildirib ki, məktəblərdə ikidilli tədris sistemi eston xalqının birliyini möhkəmləndirmir:
“Bizim bir dövlət dilimiz var. Bizim məsuliyyətimiz ondan ibarətdir ki, uşaq bağçasına, məktəbə gedən uşaqlar, xüsusilə məktəbi bitirənlər dövlət dilini bilsin”