...

Braziliyada iki banka birdən hücum: 11 nəfər öldürülüb

Dünya xəbərləri Materials 5 Aprel 2019 02:28 (UTC +04:00)
Braziliyanın Quararema şəhərində polislərlə toqquşmalarda 11 bank qarətçisi öldürülüb.
Braziliyada iki banka birdən hücum: 11 nəfər öldürülüb

Bakı. Trend:

Braziliyanın Quararema şəhərində polislərlə toqquşmalarda 11 bank qarətçisi öldürülüb.

Trend-in məlumatına görə, atışma 25 nəfərdən ibarət polis qrupunun iki banka hücum edən qarətçiləri saxlamağa cəhd edərkən baş verib.

Xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb, digər şübhəli bilinənlərin axtarışı davam etdirilir. Qarətçilərin dəqiq sayı məlum deyil.

Hadisə yerinə baxış keçirilərkən oradan 7 tüfəng, 4 tapança, zirehli gödəkcə və partlayıcı tapılıb.

Qarətçi qrupu bir küçədə yerləşən iki banka birdən hücum edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti