...

Kim Çen In Putinə qılınc hədiyyə etdi

Dünya xəbərləri Materials 25 Aprel 2019 14:05 (UTC +04:00)
Şimali Koreya rəhbəri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə Koreya qılıncı hədiyyə edib
Kim Çen In Putinə qılınc hədiyyə etdi

Bakı. Trend:

Şimali Koreya rəhbəri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə Koreya qılıncı hədiyyə edib.

Trend-in məlumatına görə, iki ölkə rəhbəri arasında ilk danışıqlar başa çatıb.

Qılıncı təqdim edərkən, Kim Çen In bildirib ki, bu qılınc Koreya xalqının gücünü və ruhunu təcəssüm etdirir.

Qeyd edək ki, Kim Çen In ötən gün qatarla Rusiyanın Vladivostok şəhərinə səfər edib. İki ölkə rəhbəri arasında ilk görüş bu gün baş tutub. Təkbətək görüş iki saata yaxın davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti