Bakı. Trend:
"Air France" aviaşirkətinin sərnişin təyyarəsi İranın İsfahan şəhərinin beynəlxalq hava limanında məcburi eniş edib.
Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə Paris - Mumbay aviareysini yerinə yetirirdi. Enişin səbəbi açıqlanmır.
Qeyd edək ki, daha öncə İsfahan səmasında radarlardan təyyarənin yoxa çıxması ilə bağlı məlumat yayılıb.