Bakı. Trend:
Burkina Fasonun şimalında kilsəyə bir qrup silahlı şəxslər tərəfindən hücum edilib.
Trend-in məlumatına görə, silahlı hücum nəticəsində ən azı üç nəfər öldürülüb.
Məlumata əsasən, Tolf yaşayış məntəqəsində ekstremistlər katolik kilsəyə hücum edib. Nəticədə bir neçə adam yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.