...

Pakistanda mikoravtobus yük maşını ilə toqquşdu - 14 ölü

Dünya xəbərləri Materials 3 İyun 2019 18:04 (UTC +04:00)
Pakistanın Bəlucistan əyalətində mikoravtobus yük maşını ilə toqquşub
Pakistanda mikoravtobus yük maşını ilə toqquşdu - 14 ölü

Bakı. Trend:

Pakistanın Bəlucistan əyalətində mikroavtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində azı 14 nəfər həlak olub.

Bildirilir ki, qəza mikroavtobusda qeydə alınan nasazlıqdan baş verib. Belə ki, avtobus idarəetməni itirərək qarşı tərəfə çıxıb və yük maşını ilə toqquşub.

Qəza nəticəsində daha 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti