Bakı. Trend:
Seneqalda yük maşınının və mikroavtobusun toqquşması nəticəsində 11 nəfər həlak olub, 16 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "Ndarinfo" portalı xəbər verir.
Qeyd edilir ki, hadisə mayın 4-ü Ndialam qəsəbəsində baş verib.
Xəsarət alanlar xilasedicilər tərəfindən Sent-Lui şəhərindəki xəstəxanaya gətirilib.