...

Ərdoğan: "S-400" zenit-raket komplekslərinin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər

Dünya xəbərləri Materials 14 İyul 2019 22:38 (UTC +04:00)
Rusiyadan alınan "S-400" zenit-raket komplekslərini Türkiyəyə çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər
Ərdoğan: "S-400" zenit-raket komplekslərinin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər

Bakı. Trend:

Rusiyadan alınan "S-400" zenit-raket komplekslərini Türkiyəyə çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər.

Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Habertürk” telekanalında çıxışı zamanı bildirib.

"Ümid edirəm ki, "S-400" komleksinin tədarükü bu il bitəcək, ümumu proses isə 2020-ci ilin aprelinə kimi başa çatacaq. Bundan sonra yolumuza daha çox güvənərək davam edəcəyik".

Ərdoğan həmçinin Rusiyada hava müdafiə etmə sistemlərinin işlənməsində təlim ala biləcək Türk mütəxəssislərinin sayını artırma imkanını açıqlayıb.

Daha əvvəl Ərdoğan Rusiya ilə S-400 müqaviləsini "müasir Türkiyə üçün ən əhəmiyyətli müqavilə" adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti