Bakı. Trend:
“Lufthansa” aviaşirki Qahirəyə uçuşları müvəqqəti dayandırmağa qərar verib.
Trend-in məlumatına görə, alman şirkəti də qeyd edib ki, “Lufthansa” təhlükəsizlik nöqteyi-nəzərindən uçuşları müvəqqəti dayandırırb.
“Təhlükəsizlik “Lufthansa” üçün əsas prioritet olduğuna görə, şirkət vəziyyətin dəyəndirilməsi aparılan müddətə Qahirəyə uçuşlar müvəqqəti dayandırır”, - şirkətdən bildirilib.
Qeyd edək ki, daha öncə “British Airways”də Qahirəyə uçuşlardan imtina edib.