...

Rusiya Türkiyəyə S-400 tədarükünün ilk mərhələsini başa vurub

Dünya xəbərləri Materials 26 İyul 2019 01:30 (UTC +04:00)
Rusiya Türkiyəyə "Triumf" S-400 zenit-raket sistemləri tədarükünün birinci mərhələsini başa çatdırıb
Rusiya Türkiyəyə S-400 tədarükünün ilk mərhələsini başa vurub

Bakı. Trend:

Rusiya Türkiyəyə "Triumf" S-400 zenit-raket sistemləri tədarükünün birinci mərhələsini başa çatdırıb.

Trend-in məlumatına görə, Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidməti bildirib.

Məlumata əsasən, əmlakın qalan hissəsinin tədarükü tərəflər arasında razılaşdırılmış təqvimlərə uyğun keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti