...

Fransada meşə yanğınları başladı

Dünya xəbərləri Materials 29 İyul 2019 18:56 (UTC +04:00)
Fransada davam edən rekord istilər və quraqlıq meşə yanğınlarının başlamasına səbəb olub
Fransada meşə yanğınları başladı

Bakı. Trend:

Fransada davam edən rekord istilər və quraqlıq meşə yanğınlarının başlamasına səbəb olub.

Trend-in məlumatına görə, ölkənin cənub-şərqindəki Tulon şəhəri yaxınlığında meşə yanğınları qeydə alınıb.

Yanğının qarşısının alınması üçün təyyarələr və helikopterlər cəlb olunub. Ölkənin digər bölgələrində də meşə yanğınlarının başlamasından ehtiyat edilir.

Qeyd edək ki, Fransanın 50-dən çox şəhərində rekord göstəricilər qeydə alınıb. Paytaxt Parisdə temperatur 42,6 dərəcəyədək yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti