...

Avstraliyada təyyarə işıq dirəyi ilə toqquşdu

Dünya xəbərləri Materials 30 İyul 2019 20:09 (UTC +04:00)
Avstraliyanın Pert şəhərində təyyarə hava limanında işıq dirəyi ilə toqquşub
Avstraliyada təyyarə işıq dirəyi ilə toqquşdu

Bakı. Trend:

Avstraliyanın Pert şəhərində təyyarə hava limanında işıq dirəyi ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə təyyarə yerdə hərəkət edərkən baş verib.

İnsident zamanı təyyarədə 62 sərnişin və 4 heyət üzvü olub. Xəsarət alanların olmadığı deyilir.

Hava limanından təyyarənin burun hissəsinin ziyan gördüyü deyilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti