...

Qırğızıstanda Təhlükəsizlik Şurasının iclası başlayıb

Dünya xəbərləri Materials 8 Avqust 2019 08:21 (UTC +04:00)
Bu gün Qırğızıstanda Koy-Taş kəndindəki iğtişaşlar şəraitində Təhlükəsizlik Şurasının iclası başlayıb
Qırğızıstanda Təhlükəsizlik Şurasının iclası başlayıb

Bakı. Trend:

Bu gün Qırğızıstanda Koy-Taş kəndindəki iğtişaşlar şəraitində Təhlükəsizlik Şurasının iclası başlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, iclas Qırğızıstan prezidenti Sooranbay Jeenbekovun sədrliyi ilə keçirilir:

"Mətbuatın iştirakı olmadan baş tutan iclasın gündəliyində “7 Avqust 2019-cu il tarixli vəziyyətlə əlaqədar təhlükəsizlik və qanunun aliliyinin təmin edilməsi haqqında” məsələyə baxılır".

Qeyd edək ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi təyinatlılarının Çuy rayonunun Koy-Daş kəndində Atambayevi güc tətbiq etməklə tutmaq cəhdləri uğursuz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti