...

Kubada avtomobil dərəyə aşıb, ölənlər var

Dünya xəbərləri Materials 23 Avqust 2019 06:16 (UTC +04:00)
Kubanın Las-Tunas əyalətində minik avtomobili yolun kənarındakı maneəyə çırpılaraq dərəyə aşıb və alışıb
Kubada avtomobil dərəyə aşıb, ölənlər var

Bakı. Trend:

Kubanın Las-Tunas əyalətində minik avtomobili yolun kənarındakı maneəyə çırpılaraq dərəyə aşıb və alışıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtomobildə olan 6 nəfər həlak olub. Onlardan 2-si uşaq olub.

Bildirilir ki, qəzaya səbəb avtomobilin sürücüsünün sükan arxasında yuxulaması olub.

Qeyd edək ki, 2019-cu ildə Kubada 4,1 min qəza baş verib və bu qəzalar nəticəsində 269 nəfər həlak olub, 3 mindən artıq insan isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti