Bakı. Trend:
Cənubi Afrika Respublikasında iğtişaşlar zamanı 5 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Qautenq vilayətinin polisi bildirib.
Məlumata əsasən, 5 ölüm halı Yoxannesburqda qeydə alınıb. Bildirilir ki, xəsarət alanların çoxu həmin ölkənin vətəndaşlarıdır.
İğtişaşlarda iştirak edən 189 nəfərin həbs olunduğu vurğulanıb.