...

"Fernand" qasırğası Meksika sahillərinə çatıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2019 01:16 (UTC +04:00)

Bakı. Trend:

Atlantik okeanında formalaşmış "Fernand" tropik qasırğası Meksikanın Boka-de-Katan rayonunun (Tamaulipas ştatı) sahillərinə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Su Ehtiyyatları üzrə Milli Komissiyasında bildiriblər.

Məlumata əsasən, qasırğanın daxilində küləyin sürəti saniyədə 26,3 metrə çatır. Meteoroloqların proqnozlarına görə, qasırğa Tamaulipas ştatının bütün ərazisinə və onunla sərhəddə yerləşən NuevoLeon və San-Luis-Potosi ştatlarınınbəzi rayonlarına leysan yağışları gətirəcək.

Sahildə dalğaların hündürlüyü 4 metrə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti