...

Əfqanıstanda daha bir partlayış: 40-a yaxın ölü

Dünya xəbərləri Materials 20 Sentyabr 2019 19:21 (UTC +04:00)
Əfqanıstanın cənubundakı Zabul əyalətində törədilmiş güclü partlayış nəticəsində 39 nəfər həlak olub
Əfqanıstanda daha bir partlayış: 40-a yaxın ölü

Bakı. Trend:

Əfqanıstanın cənubundakı Zabul əyalətində törədilmiş güclü partlayış nəticəsində 39 nəfər həlak olub.

Trend-in məlumatına görə, partlayış mərkəzi xəstəxananın yaxınlığında törədilib.

Hadisə nəticəsində daha 185 nəfər yaralanıb. Qurbanların böyük əksəriyyəti həkim və xəstələr olub.

Partlayışla bağlı məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti