Bakı. Trend:
Ukraynada sentyabrın sonlarında anadan olmuş siam əkizi ölüb.
Trend-in məlumatına görə, iki başı və bir bədəni olan qız uşağı doğulandan sonra süni ventilyasiya aparatına qoşulub.
Həkimlər onun sağ qalma ehtimalının olmadığını bildirirdi.
Qeyd olunur ki, uşağın patologiyası hamiləlik dövründə müəyyən edilsə də, ana hamiləliyi dayandırmaqdan imtina edib.