Bakı. Trend:
Kamerunun qərbində torpaq sürüşməsi nəticəsində azı 22 nəfər həlak olub.
Trend-in məlumatına görə, sürüşməyə aramsız leysan yağışları səbəb olub.
Hadisə nəticəsində daha 30 nəfərin itkin düşdüyü bildirilir. Ölü sayının artacağı ehtimal olunur.
Hazırda bölgədə xilasetmə işləri aparılır.