...

“Lufthansa” 1,3 min reysi təxirə saldı

Dünya xəbərləri Materials 6 Noyabr 2019 19:20 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın “Lufthansa” aviaşirkəti növbəti iki gün ərzində xüsusi uçuş cədvəli tətbiq edəcək.

Trend-in məlumatına görə, buna şirkətin əməkdaşlarının elan etdiyi tətil səbəb olub.

Qeyd olunur ki, noyabrın 7-i və 8-də aviaşirkət 1,3 min reysi təxirə salmalı olub.

Tətil ümumilikdə 180 min sərnişinə təsir göstərəcək.

Hazırda “Lufthansa” rəhbərliyi sərnişinlərə alternativ reyslərin təklif olunması üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti