...

Amsterdamda dəmir yolu stansiyası üç günə tikilib

Dünya xəbərləri Materials 18 Noyabr 2019 02:11 (UTC +04:00)

Bakı. Trend:

Amsterdamda inşaatçılar üç gün ərzində yeni "Amstardam Zuid" stansiyasını inşa edə biliblər.

Trend-in məlumatına görə, bu nəticə gecə-gündüz yorulmadan işləmək sayəsində əldə edilib.

Bütün proses video qeydə alınıb və üç gün çəkib: əvvəlcə inşaatçılar köhnə asfalt səthini qaldırıb sonra dəmir yolu xətlərini söküblər. Bu müddət ərzində yeraltı tunel inşa edilib. Gecələr işlər güclü projektorların köməyi ilə aparılıb.

Yeni bir stansiyanın inşası barədə qərar çoxdan qəbul edilib, lakin şəhər rəhbərliyi qatarların və avtomobillərin hərəkətini iflic etməmək üçün bunun necə həyata keçiriləcəyini bilməyib. Buna görə, üç gün ərzində yolların bağlanmasına və bu müddət ərzində yeni bir stansiyanın tikilməsinə qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti