Bakı. Trend:
Şimali Atlantika alyansı kosmosda silahları çıxarmadan operativ əməliyyat fəaliyyətinə başlamaq qərarını verib.
Trend-in məlumatına görə, bunu alyansın Baş Katibi Yens Stoltenberq noyabrın 20-də NATO üzvləri - XİN-ri başçılarının görüşündən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Yens Stoltenberq deyib: "Bu gün daha bir vacib qərar verdik. Razılaşdıq ki, kosmos əməliyyatlar üçün yeni bir sahəyə çevrilsin. Ancaq kosmosa silah yerləşdirmək fikrində deyilik, NATO müdafiə təşkilatıdır".