...

Malayziyada ölkədəki son Sumatra kərkədanı öldü

Dünya xəbərləri Materials 24 Noyabr 2019 06:57 (UTC +04:00)
Malayziyada noyabrın 23-də ölkədəki son Sumatra kərkədanı (Sumatran rinho) öldü
Malayziyada ölkədəki son Sumatra kərkədanı öldü

Bakı. Trend:

Malayziyada noyabrın 23-də ölkədəki son Sumatra kərkədanı öldü.

Trend-in məlumatına görə, 2014-cü ildən Borneo adasında qoruğda yaşayan 25 yaşlı "İman" ləqəbli dişi kərkədan xərçəngdən ölüb. Hal-hazırda bu növdən qalan son 30-dan 80-ə qədər nümayəndə İndoneziyada, vəhşi təbiətdə yaşayır.

2011-ci ildə, Malayziya alimləri süni mayalanma yolu ilə Sumatra kərgədanlarının sayını qoruğda bərpa etməyə cəhd edibər, lakin nəticəsi olmayıb. 2015-ci ildə ölkədə bu növə vəhşi təbiətdə məhv olmuş statusu verilib. Qoruğda saxlanılan son erkək Sumatra kərkədanı isə 2019-cu ilin mayında ölüb.

Bu nüv heyvanların nəsli kəsilməsinin əsas səbəbləri olaraq, Beynəlxalq Kərkədanların Qoruma Fondu, brakonyerlik və təbii yaşayış yerlərinin məhv edilməsini hesab edir. Fond, "Sumatran rinho"sunun yaxın bir neçə onillikdə yer üzündən tamamilə yox ola biləcəyini istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti