Bakı. Trend:
ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyi halda Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: "ABŞ-ın münasibətlərimizdə düzəldilməsi mümkün olmayan addımlar atmaması hər iki tərəf üçün çox vacibdir. Əlbəttə ki, Türkiyə ABŞ-ın istənilən sanksiyalarına cavab verəcək. Lazım gələrsə həm İncirlik, həm də Kürəcikidə bağlayacağıq".