...

Rusiyada terror aktı törətmək istəyənlər saxlanılıb

Dünya xəbərləri Materials 30 Dekabr 2019 06:40 (UTC +04:00)
Rusiyada FSB Sankt-Peterburqda yeni il üçün izdihamlı yerlərdə terror aktları həyata keçirmək istəyən iki Rusiya vətəndaşını saxlayıb
Rusiyada terror aktı törətmək istəyənlər saxlanılıb

Bakı. Trend:

Rusiyada FSB Sankt-Peterburqda yeni il üçün izdihamlı yerlərdə terror aktları həyata keçirmək istəyən iki Rusiya vətəndaşını saxlayıb.

Trend-in məlumatına görə, cinayətin hazırlanması haqqında məlumat ABŞ kəşfiyyatı tərəfindən verilib.

İstintaq kom "Cinayət törətməyə hazırlıq", "Terrorizm" və "Terror təşkilatlarının fəaliyyətində iştirak" maddələri ilə cinayət işi açıb.

Qeyd edək ki, daha əvvəl Vladimir Putin telefon danışığı zamanı terror aktının qarşısını almağa kömək etdiyi üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti