...

Pərviz Müşərrəfin ölüm hökmü ləğv edilib

Dünya xəbərləri Materials 13 Yanvar 2020 17:11 (UTC +04:00)
Pakistanda Lahor şəhərinin məhkəməsi ölkənin sabiq prezidenti və baş naziri Pərviz Müşərrəfin işi ilə bağlı məhkəmə prosesini qeyr-konstitusion adlandırıb
Pərviz Müşərrəfin ölüm hökmü ləğv edilib

Bakı. Trend:

Pakistanda Lahor şəhərinin məhkəməsi ölkənin sabiq prezidenti və baş naziri Pərviz Müşərrəfin işi ilə bağlı məhkəmə prosesini qeyr-konstitusion adlandırıb.

Trend-in məlumatına görə, bununla əlaqədar sabiq prezidentin ölüm hökmü ləğv edilib.

Məhkəmə bildirib ki, P.Müşərrəfin təqsirli bilinməsində əsas götürülən Konstitusiyanın 6-cı bəndi 2010-cu ildə dəyişdirilib. Məhkəmə həmin dəyişikliyin geriyə qüvvəsinin olmadığını müəyyən edib. P.Müşərrəf isə 2010-cu ildən daha əvvəl baş vermiş hadisələrə görə ittiham edilib.

Xatırladaq ki, ötən ilin dekabrında P.Müşərrəf dövlət çevrilişində ittiham edilərək ölüm hökmünə məhkum edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti