...

Neapol metrosunda qatarlar toqquşdu - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 14 Yanvar 2020 13:42 (UTC +04:00)
İtaliyanın Neapol şəhərində metro qatarları toqquşub
Neapol metrosunda qatarlar toqquşdu - Xəsarət alanlar var

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində metro qatarları toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. İki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəza şəhərin şimalında, metropolitenin yerüstü hissəsində baş verib. İnsidentdə 2 qatar iştirak edib, onlardan birində sərnişinlər olmayıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti