...

Yamayka, Kuba və Kayman adaları üçün sunami təhlükəsi elan edilib

Dünya xəbərləri Materials 29 Yanvar 2020 00:27 (UTC +04:00)
Yamayka, Kuba və Kayman adaları üçün daha əvvəl Karib dənizində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilib
Yamayka, Kuba və Kayman adaları üçün sunami təhlükəsi elan edilib

Bakı. Trend:

Yamayka, Kuba və Kayman adaları üçün daha əvvəl Karib dənizində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Sunami Xəbərdarlıq Mərkəzindən bildiriblər.

Qeyd edək ki, Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Lusea şəhərindən 117,4 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti